Keyfiyyətli dam örtüyü evin enerji səmərəliliyini artırır və yaşayış komfortunu yüksəldir.
Dam örtüyü bir binanın yalnız görünüşünü deyil, həm də təhlükəsizliyini və uzunömürlülüyünü müəyyən edən əsas amillərdən biridir. Yanlış seçilmiş dam örtüyü zamanla sızma, istilik itkisi və əlavə xərclərə səbəb ola bilər. Buna görə də dam örtüyü seçərkən ilk növbədə iqlim şəraitini nəzərə almaq vacibdir. Güclü küləklər, intensiv yağış və qar yağan bölgələrdə daha davamlı materiallara üstünlük verilməlidi.